SəngəçalÇeyildağ avtomobil yolu yenidən qurulur FOTO


Digərləri 19 May 2018 11:37:00 256 0

SəngəçalÇeyildağ avtomobil yolu yenidən qurulur  FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilən qəsəbələrarası avtomobil yollarının yenidənqurulması layihələri sırasında Qaradağ rayonu Səngəçal-Çeyildağ avtomobil yolu layihəsi də var. Uzunluğu 24 km olan Səngəçal-Çeyildağ avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayıb. Üstəlik sözügedən yolla ağır tonnajlı yük maşınların hərəkəti yolun əsasında və qara örtüyündə dağılmalara, çökmə və qabarmalara gətirib çıxarıb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlərə gətirib çıxarırdı. Məhz bu problemlərin aradan qaldırılması ilə yol boyu 2 qəsəbənin 6 minə yaxın əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə AAYDA tərəfindən təxirəsalınmaz tədbirlərə start verilib.

Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək. Yenidənqurma işlərinə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu işləri aparılaraq 52 min kub.m həcmdə yeni yol yatağı inşa olunur. Artıq yolun 4 km-lik hissəsində yeni  yatağın inşası yekunlaşdırılıb.

Yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr qaldırılır, hündür hissələr isə aşağı salınır. Bundan başqa yolun normativ eninin alınması məqsədi ilə torpaq yatağının genişləndirməsi  və dağ yamaclarının kəsilməsi işləri də aparılır. Sadalanan işlərə paralel olaraq 20 sm hündürlükdə yol əsasının alt layı da tikilir. 2 km-lik hissədə bu işlər artıq bitib. Bunun ardınca is 15 sm hündürlükdə əsasın üst layının tiintisinə başlanılacaq. Əsasın alt və üst layının tikintisi 100 min kub.m-dən artıq həcmdə icra olunacaq.


Xəbərə aid fotolar