Stadionda oyun zamanı PARTLAYIŞ: 8 nəfər öldü FOTO


Dünya 19 May 2018 09:07:00 225 0

Stadionda oyun zamanı PARTLAYIŞ: 8 nəfər öldü  FOTO

Əfqanıstanın şimal-şərqində stadionda baş vermiş partlayışlar nəticəsində 8 nəfər ölüb, 45-i yaralanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Nanqahar əyalətinin Celalabad şəhərindəki arenada kriket matçı zamanı yaşanıb. Görüş Ramazan ayını qeyd etmək məqsədilə keçirilib. Ölənlər arasında yarışın təşkilatçısı və Mehtarlam şəhər merinin müavini də var.

"Taliban" qruplaşması partlayışda istənilən formada iştirakını inkar edib.


Xəbərə aid foto