Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb


Digərləri 19 May 2018 08:40:00 221 0

Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb

Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonunda baş verib.

Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib. O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə  batıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.