ABŞ və Cənubi Koreya KXDRın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar


Dünya 18 May 2018 22:44:00 290 0

ABŞ və Cənubi Koreya KXDRın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar

ABŞ və Cənubi Koreya Donald Tramp və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş  ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıblar.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb.

Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi  ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.