Texasda məktəbdə atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2 - VİDEO
Dünya 18 May 2018 22:00:00 283 0
Atəş açan şəxs saxlanılıb
BŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 10-a çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis şerifi məlumat yayıb.
Hadisəni törədən şəxs saxlanılıb.
***19:34
ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 8 nəfər ölüb.
"Report"un məlumatına görə,bu barədə "АВС13" telekanalı mənbələrinə istinadən xəbər verir.
Ölənlərin müəllim və ya şagird olduğu bilinmir.
Atəş açan şəxs saxlanılıb.
Qeyd edək ki, Santa-Fe məktəbində 1400-dək şagird təhsil alır.
*** 17:50
ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) orta məktəbdə atışma olub.
"Report" xəbər verir ki, bu barədə məktəbin bəyanatında deyilir.
"Bölgə mühasirəyə alınıb. Əlavə məlumat əldə edən kimi yeni bilgi veriləcək", - bəyanatda vurğulanır.
Mənbə: report.az