Ərdoğan: "Fələstin məsələsini yenidən BMT Baş Assambleyasının gündəminə gətirəcəyik"


Dünya 18 May 2018 21:20:00 265 0

Ərdoğan: "Fələstin məsələsini yenidən BMT Baş Assambleyasının gündəminə gətirəcəyik"

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, fövqəladə zirvə toplantısı İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra çağırılıb.

Zirvə toplantısının başlamasından əvvəl Türkiyə prezidenti Ərdoğan  Fələstində cərəyan edən hadisələrə etiraz məqsədi ilə təşkil edilən "Zülmə lənət, Qüdsə dəstək" mitinqində çıxış edib.

İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısında  Əfqanıstan, Qvineya-Bisau, İran, Qətər, Küveyt, Mavritaniya, Sudan, İordaniya, Fələstin və  Şimali Kiprin dövlət başçıları, Fələstin, Qırğızıstan və Pakistanın baş nazirləri və İƏT-yə üzv olan 25 ölkənin xarici işlər nazirləri iştirak edir. Fövqəladə zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.