Gözdən əlil uşaqlar üçün konsert keçirilib


Digərləri 18 May 2018 20:16:00 314 0

Gözdən əlil uşaqlar üçün konsert keçirilib

Mayın 17-də gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbi "28 May- Respublika Günü"nə həsr olunmuş hesabat konserti keçirilib.

Öncə  məktəbin müəllimi Məlikova Günel giriş sözü ilə çıxış edərək gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin  2017-2018-ci tədris ilini uğurla başa vurmasından, bu musiqi ocağının istedadlı şagirdlərinin bir çox Respublika və Beynəlxalq Müsabiqələrdə istirakından, uğur və nailiyyətlərdən danışıb. Konsertdə məktəbin istedadlı şagirdləri rəngarəng nömrələrlə çıxış ediblər.

Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov məktəbin müəllim və şagirdlərini təbrik edib, onlara gələcək fəaliyyətlərinə uğurlar arzulayıb və kollektivin ən fəal üzvlərini Fəxri Fərmanlarla təltif edib.