Bakıda daşınmaz əmlak bazarında bahalaşma var


Digərləri 18 May 2018 19:29:03 221 0

Bakıda daşınmaz əmlak bazarında bahalaşma var

2018-ci ilin aprelində Bakıda daşınmaz əmlak bazarında qiymətlər mart ayı ilə müqayisədə 2,49 faiz artıb.

Bakı. Ənvər Məmmədov - 2018-ci ilin aprelində Bakıda daşınmaz əmlak bazarında qiymətlər mart ayı ilə müqayisədə 2,49 faiz artıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ay ərzində qiymət artımı bazarın demək olar ki, bütün seqmentlərini əhatə edib: “İlkin mənzil bazarında qiymətlər 3,98 faiz, ikinci mənzil bazarında 3,44 faiz, torpaq bazarında 1,06 faiz, mənzil kirayəsi bazarında 0,39 faiz, kommersiya obyektləri bazarında 4,44 faiz artıb. Ay ərzində yalnız kommersiya obyektlərinin icarəsi bazarında 0,39 faiz azalma qeydə alınıb”.