Bakı Şopinq Festivalında alış-veriş edin, əylənin və qazanın


Digərləri 18 May 2018 18:18:31 218 0

Bakı Şopinq Festivalında alış-veriş edin, əylənin və qazanın

Bakı Şopinq Festivalı sevdiyiniz məşhur brendləri 31 mayadək sərfləli qiymətlərlə əldə etmək fürsəti ilə yanaşı əylənmək və qazanmaq fürsəti verir.

Bakı. Mayın 1-dən başlanan üçüncü Bakı Şopinq Festivalı sevdiyiniz məşhur brendləri 31 mayadək sərfləli qiymətlərlə əldə etmək fürsəti ilə yanaşı əylənmək və qazanmaq fürsəti verir. Trend-in məlumatına görə, festivalda iştirak edən mağazalarda alış-veriş edib Tax Free – ƏDV-nin qismən qaytarılması imkanından yararlanan hər bir alıcı əyləncə proqramlarında iştirak edə bilər. Belə ki, “Gənclik Mall” ticarət mərkəzində həftə sonları “Uğur çarxı” oyununda xallar toplayıb hədiyyə qazana, “Park Bulvar” ticarət mərkəzində festival üçün hazırlanmış “Şopomaniya” oyununda iştirak edib həm əylənə, həm də dəyərli uduşlar əldə edə bilərsiniz. Tələsin! Mayın 31-də başa çatacaq Bakı Şopinq Festivalının sonuna cəmi 13 gün qalır. Xatıraladaq ki, “Uğur çarxı” oyunu Gənclik Mall, “Şopomaniya” oyunu isə Park Bulvar ticarət mərkəzlərində yalnız həftə sonları 13:00-dan 20:00-a kimi keçirilir.