İstirahət günlərində səyahətə çıxanlar üçün


Digərləri 18 May 2018 18:02:00 226 0

İstirahət günlərində səyahətə çıxanlar üçün

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək. 

Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.  Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq. Naxçıvan MR-da mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.  Paytaxt qonaqlarının nəzərinə: yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.