İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilir


Dünya 18 May 2018 17:56:00 292 0

İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilir

Aksiya iştirakçıları əllərində Türkiyə və Fələstin bayraqları tutublar

Türkiyənin İstanbul şəhərində,Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq “Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında mitinq keçirilir.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman,Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli və Böyük Birlik Partiyasının sədri Mustafa Dəsticidə iştirak edib.

Aksiya iştirakçıları əllərində Türkiyə və Fələstin bayraqları tutublar.

Qeyd edək ki, mayın 14-də Qəzza zolağında ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib. İsrail hərbçilərinin aksiya iştirakçılarına açdığı atəş nəticəsində 62 nəfər ölüb, 3 mindən çox etirazçı yaralanıb.