Sabiq baş nazirin evlərindən milyardlar və çantalar çıxdı FOTO


Digərləri 18 May 2018 17:35:00 260 0

Sabiq baş nazirin evlərindən milyardlar və çantalar çıxdı  FOTO

Malayziyada polis ölkənin sabiq baş naziri Nəcib Rəzzaq və xanımı Rosma Mənsura məxsus evlərdə mənzillərdə axtarışlar aparıb.

Son.az AsiaOne-a istinadən bildirir ki, axtarışlar zamanı evlərlə mənzillərdə içi pullar və zinət əşyaları ilə dolu 72 çamadan, habelə məşhur brendlərin istehsalı olan 284 çanta aşkarlanıb.

N.Rəzzaq vəzifə səlahiyyətlərindən sui-istifadədə, rüşvətxorluqda və çirkli pulların yuyulmasında suçlanıb.

Bernama-nın verdiyi xəbərə görə, 284 çanta "Birkin", "Hermes" və "Louis Vuitton", habelə digər məşhur brendlərin məhsullarıdır. Çantaların qiyməti 12-300 min dollar arasındadır.

Rəzzaqa məxsus 6 ev və mənzildə axtarışlar davam edir. Bu mənzilllər arasında ən ucuzu, paytaxt Kuala-Lumpurda yerləşən 6 otaqlı apartamentin dəyəri 8,9 milyon dollardır.

Nəcib Rəzzaqla bağlı araşdırma Malayziyanın 1MDB dövlət investisiya fondu ilə bağlı qalmaqaldan sonra başlanıb. Sabiq baş nazirin yaratdığı fondun fəaliyyətinin 2015-ci ildə araşdırılması 4,5 milyard dolların mənimsənimləsini aşkarlanıb.


Xəbərə aid fotolar