Bankın 4 əməkdaşı barəsində cinayət işi açıldı


Digərləri 18 May 2018 17:19:00 226 0

Bankın 4 əməkdaşı barəsində cinayət işi açıldı

"Bank Respublika" ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev, bankın əməkdaşları Pərvin Həşimov, Nicat Cəfərov və Məmməd Abbasovun barəsində cinayət işi açılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (lülli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş İdarədə iş üzrə istintaq tədbirləri davam etdirilir.