“Dedi ki, xalamın evinə girək” Qohumunun evini soyan şəxs VİDEO FOTO


Digərləri 18 May 2018 16:50:00 271 0

“Dedi ki, xalamın evinə girək”  Qohumunun evini soyan şəxs  VİDEO  FOTO

Biləsuvarda mənzildən 4650 manat, 500 ABŞ dolları və müxtəlif qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, belə ki, Biləsuvar Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Biləsuvar sakinləri, ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Azər Quliyev və tanışı Ramiz Talıblı olduqları məlum olub. Törətdikləri cinayət əməlini etiraf edən şəxslər həmin qızılları Bakı şəhərindəki lombardlardan birinə verərək pul götürdüklərini bildiriblər.

Ramiz Talıblı (saxlanılan şəxs): "Dedi ki, pul lazımdır, gedək xalamın evindən götürək. 6 min pul idi, 3 min mənə düşdü".

Azər Quliyev (saxlanılan şəxs): "3 min Ramizə verdim, 3 min mənə qaldı. Dedim ki, qızılları yerinə atacam. Qızılları aparıb lombarda qoydum və 3 min götürdüm".


Xəbərə aid fotolar