Gülnarə Xəlilova Qazaxıstanda gənc dizaynerlərin işini qiymətləndirdi


Digərləri 18 May 2018 15:21:00 328 0

Gülnarə Xəlilova Qazaxıstanda gənc dizaynerlərin işini qiymətləndirdi

Azərbaycan Milli Geyim Mərkəzinin və Gulnara Khalilova Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş ASPARA FASHION WEEK Moda həftəsinin münsiflər heyətinin işində iştirak edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, beynəlxalq dəb festivalı həm müxtəlif ölkələrdən tanınmış modeyerləri, həm də dəbli geyimin gənc dizaynerlərini bir araya gətirib. Münsiflər heyətinin qərarına əsasən, 13 iştirakçı arasında ən yaxşı Qazaxıstanın Taraz şəhərini təmsil edən Saya Saukimbekova olub.

Münsiflər heyətinin tərkibində, həmçinin "Asian Fashion Week Europe"nın direktoru Aydın Açik (Niderland), "Asian Designer Week"nin prezidenti Delfi Robi Ravat (Hindistan), VOGUE və ELLE jurnallarının nümayəndələri Anna Mirabella Postolaç və Adrianna Di Lello (İtaliya), Beynəlxalq Rəssamlar Federasiyasının və Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının üzvü Raf Sərdarov (Rusiya),  ABŞ-ın "Fashion News Live Network" telekanalının direktoru Rokko Leo Qalioti (ABŞ), Çinin Geyim və tekstil istehsalçıları assosiasiyasının prezidenti Canq Yonq Çenq, Lvov Moda Həftəsinin beynəlxalq əlaqələndiricisi Kristi Kosanyak (Ukrayna), beynəlxalq dərəcəli məşqçi Tatyana Vorotnikova (Qırğızıstan) və başqaları olublar.