Paytaxt məktəbliləri arasında keçirilən müsabiqənin qalibləri bəlli olub


Digərləri 18 May 2018 15:17:05 283 0

Paytaxt məktəbliləri arasında keçirilən müsabiqənin qalibləri bəlli olub

Paytaxt məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqilliyimiz əbədidir” adlı inşa yazı müsabiqəsinin qalibləri bəlli olub.

Bakı. İlhamə İsabalayeva - Paytaxt məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqilliyimiz əbədidir” adlı inşa yazı müsabiqəsinin qalibləri bəlli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqədə ümumilikdə 264 məktəbli iştirak edib. Nəticələrə əsasən, 9 nəfər I, II və III, 5 nəfər isə həvəsləndirici yerlərə sahib olub. Belə ki, 111 nömrəli tam orta məktəbin şagirdi Fidan Sultanova, 187 nömrəli tam orta məktəbin şagirdi Bikəxanım Cəbrayılova, 261 nömrəli məktəb-liseyin şagirdi İpək Məmmədli I, 87 nömrəli tam orta məktəbin şagirdi Ayşən Məmmədova, 296 nömrəli tam orta məktəbin şagirdi Xəyalə İbrahimova, 158 nömrəli tam orta məktəbin şagirdi Günay Novruzova II, 96 nömrəli tam orta məktəbin şagirdi Fidan Əfəndiyeva, 263 nömrəli tam orta məktəbin şagirdi Aytac Şahbazova və 61 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əhmədli isə III yerə layiq görülüb.