Unibank rəhbərliyində dəyişiklik olub


Digərləri 18 May 2018 15:07:03 317 0

Unibank rəhbərliyində dəyişiklik olub

“Unibank” KB ASC-nin İdarə Heyətində dəyişiklik olub.

Bakı. “Unibank” KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. Trend-in məlumatına görə, İdarə Heyəti Sədrinin Pərakəndə bank xidmətləri və Marketinq üzrə müavini Taleh Tahirli ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb. Taleh Tahirli iş karyerasına 2007-ci ildə Unibank-ın marketinq şöbəsinin aparıcı mütəxəssisi olaraq başlayıb və Unibank onun üçün bir məktəb olub. Öz işgüzarlığı, bank rəhbərliyinin etimadı sayəsində İdarə Heyəti sədrinin müavini vəzifəsinədək yüksəlib.