Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi


Digərləri 18 May 2018 14:40:00 286 0

Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi

“Təhsil haqqında” qanuna dəyişiklik qəbul olunub

Bakı. Elçin Mehdiyev - Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub. Trend-in xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.