10 pişik balasını Azərbaycandan çıxarmaq istəyən tutuldu


Digərləri 18 May 2018 14:17:00 319 0

10 pişik balasını Azərbaycandan çıxarmaq istəyən tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, dünən saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən qutuda "Şotland pişik cinsi"nə aid 10 baş pişik balası aşkar olunub.