"Excelsior Hotel & Spa Baku” oteli oruc tutan insanlar üçün xüsusi rejimdə işləyir (FOTO)


Digərləri 18 May 2018 14:06:00 274 0

"Excelsior Hotel & Spa Baku” oteli oruc tutan insanlar üçün xüsusi rejimdə işləyir (FOTO)

Ramazan ayı bitənə qədər hər gün bu restoranda açıq bufet iftar yeməyi təqdim olunacaq.

Bakı. "Excelsior Hotel & Spa Baku” otelinin “Belvedere” restoranı oruc tutan insanlar üçün xüsusi rejimdə işləyəcək. Otelin Qida və içkilər departamentinin meneceri Vüqar Məmmədovun Trend-ə verdiyi məlumata görə, 5 iş günü restoranda saat 12.00-dan 15.00-a qədər biznes nahar verilir: "Ramazan ayı ilə əlaqədar oruc tutan müştərilərimizi də nəzərə aldıq və iftar vaxtına biznes-naharı saldıq. Yəni iftar vaxtı qonaqlarımız gəlib oruclarını aça bilərlər. Qeyd edim ki, bir nəfər üçün qiymət 19 manatdır. Günorta verdiyimiz biznes-nahar həftənin 5 iş günü olacaq, amma ötən ildən fərqli olaraq, bu dəfə şənbə-bazar da daxil olmaqla, Ramazan ayı bitənə qədər hər gün bu restoranda açıq bufet iftar yeməyi təqdim olunacaq". V.Məmmədovun sözlərinə görə, iftar süfrəsinə zəngin salat süfrəsi, şirniyyat, müxtəlif meyvə şirələri, çay, ana yeməklər, qazan yeməkləri və suplar daxildir. İftar süfrəsinə gəlmək istəyən oruc tutan insanlar otelin 496 80 00 nömrəsinə zəng vuraraq yer rezerv edə bilərlər. V.Məmmədov əlavə edib ki, daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir.