Azərbaycandan İrana Şotland cinsinə aid 10 pişiyin qaçaqmal yolu ilə keçirilməsinin qarşısı alınıb


Digərləri 18 May 2018 13:09:00 235 0

Azərbaycandan İrana Şotland cinsinə aid 10 pişiyin qaçaqmal yolu ilə keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən 2018-ci ilin 17 may tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən 2018-ci ilin 17 may tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-dən Trend-ə verilən məlumata görə, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­candan İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­ıb. Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.