Sərhəddə baytarlıq və fitosanitar yoxlamalar zamanı "bir pəncərə" prinsipi tətbiq olunacaq


Digərləri 18 May 2018 13:14:00 215 0

Sərhəddə baytarlıq və fitosanitar yoxlamalar zamanı "bir pəncərə" prinsipi tətbiq olunacaq

Dövlət Gömrük Komitəsi (DGK) sərhəddə baytarlıq və fitosanitar nəzarət zamanı "bir pəncərə" prinsipi tətbiq edəcək.

Bakı. İlkin Şəfiyev - Dövlət Gömrük Komitəsi (DGK) sərhəddə baytarlıq və fitosanitar nəzarət zamanı "bir pəncərə" prinsipi tətbiq edəcək. Trend-in məlumatına görə, bu barədə DGK-nın sədri Səfər Mehdiyev 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında deyib. O bildirib: "Bu, həmin sahədə süni maneələrin qarşısını almağa imkan verəcək, bu sahədə ixrac-idxal əməliyyatlarını müasir tələblər əsasında icra etməyə, müvafiq prosedurların operativliyini təmin etməyə və sərhəddə nəzarət-buraxılış məntəqələrində buraxılış qabiliyyətini artırmağa kömək edəcək”.