Barda qızla tanış olub əylənmək istədi,


Digərləri 18 May 2018 11:47:00 300 0

Barda qızla tanış olub əylənmək istədi,

Türkiyə vətəndaşının 5 min manat pulunu quldurluq yolu ilə ələ keçirən şəxs cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən İslamov Ruslan Vaqif oğlunun məhkəmə prosesi may ayının 23-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək.  

Xatırladaq ki, hadisə 2013-cü ilin aprel ayında Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Türk kişi öz ağılsız məhəbbətinin toruna düşüb. O, əylənməyi düşünsə də, bunun əvəzinə başqalarını əyləndirib.

Xətai Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməliyyatçıları "isti izlərlə" çox sadə sxemlə işləyən quldurların cinayətinin üstünü açıb və onların dəstəsini zərərsizləşdiriblər. Bu quldur dəstəsi öz qurbanlarını tələyə salmaq üçün gözəl bir qızdan - Bakının mərkəzində yerləşən, məşhur "Şamdan" gecə barının işçisindən istifadə ediblər.

Quldurların növbəti qurbanı Türkiyə vətəndaşı olub. 1972-ci il təvəllüdlü türk Sezgin Yılmaz Mehmet gecə "Şamdan" barında istirahət etmək qərarına gəlib. Kişi özünə içki sifariş verib masa arxasında əyləşən kimi, barın işçisi ona yaxınlaşıb və birlikdə əyləşməyi təklif edib. Yəqin, həmin qızın seks sənayesinin nümayəndəsi olduğunu söyləmək artıqdır. Türkü spritli içki ilə kefləndirən qız özü üçün faydalı məlumat toplamağa başlayıb və öyrənib ki, kişinin üstündə 5 000 manat pul var. Beş dəqiqəlik bayıra çıxacağını deyən qız əlbir olduğu şəxslərə zəng edərək, tapıntısı - üzərində 5 min pul olan Türkiyə vətəndaşı barədə məlumat verib. Dəstənin üzvləri bildiriblər ki, qızı Nobel prospektində "NZS" qəsəbəsinin yaxınlığında gözləyəcəklər.