Bu gün Milli Məclis toplaşır


Digərləri 18 May 2018 09:54:00 234 0

Bu gün Milli Məclis toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün iclasda aşağıdakı məsələlər müzakirə olunacaq:

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında;

2. "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş);

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə;

4. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;

5. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;