MTRŞ yeni açılacaq iki IP TV kanalı barədə: Efirə aidiyyətləri yoxdur


Digərləri 18 May 2018 07:52:00 274 0

MTRŞ yeni açılacaq iki IP TV kanalı barədə: Efirə aidiyyətləri yoxdur

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda yeni açılacaq iki IPTV kanalının fəaliyyətinə aydınlıq gətirib.

Son.az bildirir ki, MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Trend-ə deyib ki, bunlar internet TV-lərdir:

"Yəni IPTV kabel şəbəkəsi yayımının bir növüdür. Sadəcə olaraq burada kabel vasitəsilə deyil, internet vasitəsilə müəyyən televiziya kanallarının abunəçiyə ötürülməsi nəzərdə tutulur. Bu fəaliyyət lisenziya tələb etdiyindən MTRŞ hər iki kanala lisenziya verib. Bunların efirə aidiyyəti yoxdur".