Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edəcək


Digərləri 18 May 2018 07:55:00 261 0

Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edəcək

Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişikliklər edib.

Son.az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın 17.1-ci bəndində "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilir.

Beləliklə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakılar barədə məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;