"Taliban"ın hücumunun qarşısı alındı


Dünya 17 May 2018 22:59:00 229 0

"Taliban"ın hücumunun qarşısı alındı

Əfqanıstan hərbçiləri "Taliban" radikal qruplaşmasının üzvlərinin hücumunun qarşısını alıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi Dana Uayt bildirib.

Onun sözlərinə görə, terrorçular Əfqanıstanın Fərəh şəhərinə hücum ediblər. Əfqanıstan hərbçilərinə hücumun qarşısını almaqda ABŞ hava qüvvələri və müşavirlər yardım edib.