1000 qulu azad etmişdi, amma qoyduğu miras cəmi 700 dirhəm idi...


Digərləri 17 May 2018 22:40:00 316 0

1000 qulu azad etmişdi, amma qoyduğu miras cəmi 700 dirhəm idi...

Aqil cavan və bəsirətli bir qocaya nəzər salan zaman deyirik ki, xoş olsun onların halına ki, ağıla və bəsirətə malikdirlər. Çünki hər kimin ağlı olar, hər şeyi olar. Hər kimin ağılı olmaz, onun nəyi ola bilər ki?

Hədislərin birində oxuyuruq ki, Peyğəmbərin (s) yanında yolunu azmış bir insandan danışırdılar. İnsanlar onun əməllərini: namazını, orucunu və s. Həzrətə (s) tərifləyirdilər. Həzrət (s) bu sözləri eşidən zaman buyurur ki, siz ki, bu şəxsi bu qədər tərif edirsiniz, belə çıxır ki, o, insan deyildir. Çünki bütün günü ancaq ibadətlə məşğul olur, nə yemək yeyir, nə də ruzi qazanır. Deyirlər: "Ya Rəsulallah! Biz ona maddi yardım edirik".

Peyğəmbər (s) buyurur ki, siz hamınız ondan daha üstünsünüz. Çünki əgər aqil olsaydı, məsciddə bu qədər etikaf etməzdi. Namazını qılıb, evinə gedər və ibadətini evinin bir küncündə edər, insanların diqqətini də özünə cəlb etməzdi. Deməli, bu insanın əqli çətinlikləri vardır. Aqil insan heç bir zaman belə etməz.

Son.az deyerler.org-a istinadən bildirir ki,  aqil insan hər nə qədər yoxsul olsa da, doğru ilə batili bir-birindən ayırd edə bildiyi üçün Allah dərgahında həmişə uca məqama malikdir.

Əlbəttə ki, aqillərin zirvəsi olan İmam Əlinin (ə) çatdığı məqam bizim üçün ancaq arzudur. İmam (ə) vəfat edən zaman vəsiyyət edir ki, onu gecə dəfn etsinlər və gecə vəfat etdiyi gizlətsinlər. Çünki düşmənlərinin qəbrini açıb, mübarək bədəninə ziyan vuracaqlarından ehtiyatı var idi.

İmam Həsən (ə) və İmam Hüseyn (ə) təbii ki, elə də etdilər. Gecə atalarını torpağa tapşırdılar. Dan yeri sökülən kimi İmam Həsən (ə) Kufə məscidinə gəldi və xütbə dedi: "Ey insanlar! Dünən gecə elə insan bu dünyadan köçmüşdür ki, həmin gecədə Həzrət İsa (ə) göyə qalxmışdır.

Bu gecə elə insan dünyasını dəyişmişdir ki, bütün İslami müharibələrdə ilk sırada getmişdir. Mikayil (ə) bir tərəfində idi, Cəbrayil (ə) o biri tərəfində.