İmam Zaman ağanın azərbaycanlı vəkili


Digərləri 17 May 2018 22:10:00 287 0

İmam Zaman ağanın azərbaycanlı vəkili

Qasim ibni Əla Azərbaycan əhalisindən idi və Sahibi-Əmrin (ə) vəkaləti şərəfinə nail olmuşdu. Bu dahi insan 117 il ömür sürür. Ömrünün 80 ilində gözləri görürdü, ancaq ömrünün qalan hissəsində gözləri kor olmuşdu.

Çox təəccüblüdür ki, ölməzdən əvvəl gözləri yenə görməyə başlamışdı.

O, Həzrət Hadini (ə) və Həzrət Həsən Əsgərini (ə) ziyarət etmişdir. Ömrünün axırında isə İmam Zaman ağanın (ə.f) vəkili olmuşdur.

Son.az deyerler.org-a istinadən bildirir ki,  Qasim Azərbaycanın Ran adlı şəhərində (Zəncanın yanında yerləşir) yaşayırdı.

Səfvani nəql edir: "Bir gün mən onun evinə qonaq getdim və süfrə başında əyləşdim. Yemək yedim. Mən yemək yeyirdim ki, qapıçı gəlib İraqdan gələn elçinin müjdəsini verdi. Qasim çox sevindi. Çünki İmam (ə.f) ona hər ay yerinə yetirməli olacağı göstərişləri verirdi. Ancaq iki ay idi ki, heç bir xəbər yox idi. Ona görə də Qasim narahat olmuşdu. Bu xəbər onu sevindirdi. Üzü qibləyə dayanıb, şükür səcdəsi yerinə yetirdi.

Elçini Qasimin yanına gətirdilər. Orta boylu və orta yaşlı bir insan idi. Elçi olduğunu üzündən başa düşmək olurdu.

117 yaşlı qoca ayağa qalxdı və onu qucaqladı. Çiynindəki çantasını götürdü və əmr etdi ki, təşt gətirsinlər. Özü su tökərək onun üzünü və əllərini yudu, sonra da yanında əyləşdirdi. Hamımız yemək yeməklə məşğul olduq.

Yeməyi bitirəndən sonra elçi məktubu çıxartdı və qocanın əlinə verdi. Qasim məktubu alıb, öpdü. Məktubu öz köməkçisinə verdi ki, açıb oxusun.

Ancaq məclisdə olan Əbu Abdullah məktubu alıb, özü oxumağa başladı.

Səsi tutuldu və halı dəyişdi.

Qoca başa düşdü ki, yaxşı xəbər deyildir. Ondan soruşdu: "Xeyirdir?".

O, dedi: "Bəli, xeyirdir".

Soruşdu: "Mənim haqqımda xəbər vardırmı?".