“RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru həbs edildi


Dünya 17 May 2018 22:16:00 314 0

“RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru həbs edildi

Bu gün Ukraynanın Xerson məhkəməsi "RİA Novosti Ukrayna" İnformasiya Agentliyinin baş redaktoru Kiril Vışinski haqqında iyulun 13-dək həbs qətimkan tədbiri seçib.

Virtualaz.org-un məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, baş redaktorun vəkili həbs cəzasının digər bir cəza növü ilə əvəzlənməsini istəsə də, hakim onun bu xahişini nəzərə almayıb. Məhkəmədə Vışinski Rusiya və Ukrayna pasportlarını daşıdığını etiraf edib.