Dərmanlar müalicə etməyən xəstəlikləri


Digərləri 17 May 2018 22:05:00 310 1

Dərmanlar müalicə etməyən xəstəlikləri

Avqusta Universiteti (ABŞ) alimləri sodanın müalicəvi təsirini araşdırıb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, əvvəl siçovul, sonra insanlar üzərində aparılmış eksperimentlər göstərib ki, soda məhlulu həqiqətən orqanizmə müalicəvi təsir edir.

Journal of Immunology-də dərc olunmuş məqalədə qeyd olunur ki, soda orqanizmdə iltihabı azaldır, bəzi qan və böyrək xəstəlikləri zamanı müalicəvi effekt verir.

Araşdırma göstərib ki, soda autoimmun xəstəlikləri zamanı effektlidir. Bu xəstəliklər zamanı insanın öz immun sistemi sona qədər məlum olmayan səbəblərə görə orqanizmə qarşı çıxır və müxtəlif orqanları dağıtmağa başlayır. Belə xəstəliklər çox çətinliklə müalicə olunur. Soda immun sistemini bir qədər "sakitləşdirir" və bununla da autoimmun xəstəliklər, məsələn artrit zamanı kömək edir.