Astarada çəltik əkininə start verildi VİDEO


Digərləri 17 May 2018 21:07:00 230 0

Astarada çəltik əkininə start verildi  VİDEO

Astarada çəltik əkininə start verilib. Bir neçə gündür ki, sahələrdə qızğın iş gedir. Fermerlər isə lazımi texnikaların olmamasınınişi ləngitdiyini deyirlər.

Sahələr hazırlanıb, ştillər əkilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Astarada çəltik əkini əsasən Artupa, Səncərədi, Kakalos və Ərçivan kəndlərinin ərazilərində aparılır. Çəltiyin becərilməsinə şitil əkmək yolu ilə başlanılır. Hazırda bu işin böyük bir hissəsi əl əməyi ilə görülür. Fermerlər deyirlər ki, buna səbəb texnika çatışmazlığıdır.

Təsrrüfat sahibləri keyfiyyətli toxum tapmaq sarıdan da əziyyət çəkdiklərini deyirlər.

Məsələ ilə bağlı Astara Kənd Təsərrüfatı İdarəsindən isə bildirildi ki, keyfiyytəli toxum cəhətdən heç bir problem yoxdur.