“WhatsApp”a yeni funksiyalar gəldi


Digərləri 17 May 2018 20:56:00 229 0

“WhatsApp”a yeni funksiyalar gəldi

"WhatsApp" messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib. 

Son.az ICTnews-a istinadən xəbər verir ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub. Belə ki, qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.

Qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni "@" işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.