Azərbaycanda qida əlavələri ilə bağlı YENİ TƏLƏB qoyulur


Digərləri 17 May 2018 20:15:00 251 0

Azərbaycanda qida əlavələri ilə bağlı YENİ TƏLƏB qoyulur

Azərbaycanda bioloji fəalllığa malik qida əlavələri ilə bağlı yeni tələbin qoyulması təklif edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna əlavələr edilir.

Qanuna təklif edilən əlavəyə əsasən, bioloji fəalllığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.

Qanuna edilən digər dəyişikliyə əsasən, bioloji fəalllığa malik qida əlavələri dərman vasitələri ilə eyni dozalı ola bilməz.