Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni saytı istifadəyə verilib


Digərləri 17 May 2018 17:19:00 289 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni saytı istifadəyə verilib

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yeni saytı istifadəyə verilib.

Bakı. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yeni saytı istifadəyə verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, www.mincom.gov.az domen ünvanında fəaliyyət göstərən saytın dizaynı yenilənməklə yanaşı funksionallığı artırılıb. Qeyd edək ki, keçmiş Nəqliyyat Nazirliyinin domeni də www.mincom.gov.az ünvanına yönləndirilib. Saytda “Nazirlik”, “Fəaliyyət”, “Qanunvericilik”, “Layihələr” və “Media” bölmələri, eləcə də Nazirliyin, tabeli müəssisə və qurumların fəaliyyətinə dair alt bölmələr yenilənib. Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.