Məhkəmə xuliqanlıqda təqsirləndirilən şəxsə bəraət verdi


Digərləri 17 May 2018 16:25:00 250 0

Məhkəmə xuliqanlıqda təqsirləndirilən şəxsə bəraət verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Səid Abbasov və Orxan Səfərovun cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə O. Səfərovun vəkili Ceyhun Yusifov çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar günahsız olduqlarını bildiriblər.

Məhkəmənin hökmünə əsasən, S. Abbasova 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.