Yasamalda ilk güzəştli mənzillərin seçimi yenidən təşkil olunacaq


Digərləri 17 May 2018 15:35:00 68 0

Yasamalda ilk güzəştli mənzillərin seçimi yenidən təşkil olunacaq

İlkin seçimin nəticələri ləğv olunub

Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində ilk 260 mənzilin satışına 07.05.2018-ci il tarixində başlanılmışdır. Satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilir.

"Güzəştli mənzil" elektron sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin edir. Satışın bu sistem vasitəsilə təşkilinin əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılma zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Bu günədək "Güzəştli mənzil" sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilmişdir.

“Güzəştli mənzil” sistemində elektron qeydiyyat zamanı problem yarandı - SƏBƏB MİDA-dan Son.az-a verilən məlumata görə, 07.05.2018-ci il tarixində başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində "Elektron hökumət" portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanmışdır.

Eyni zamanda, "Güzəştli mənzil" sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdir. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməmişdir.

Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulmuşdur.

Mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyində müvafiq Komissiya yaradılmışdır. Bununla yanaşı, sözügedən elektron sistemləri yoxlayaraq, güzəştli mənzillərin seçimi zamanı baş vermiş nasazlıqlar və nöqsanlar haqqında ətraflı rəy verməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət olunmuşdur. Eyni zamanda, elektron sistemin dayanıqlı fəaliyyətinin təmin edilməsinə məsul olan aidiyyəti qurum və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş və hesabatlar dinlənilmişdir.

Bakıda sürücü ilə DYP işçiləri arasında like
  • 17 May 15:32  
Digərləri Bakıda sürücü ilə DYP işçiləri arasında

Paytaxtın Bəsti Bağırova küçəsində sürücü ilə polislər arasında da

arrow Ətraflı
Fabreqas 43 yaşlı xanımla evləndi - FOTOLAR like
  • 17 May 15:28  
İdman Fabreqas 43 yaşlı xanımla evləndi - FOTOLAR

Cheslea-nin ulduz futbolçusu Sesk Fabreqas evlənib.

arrow Ətraflı
“Maşın”ın efir vaxtı dəyişdi like
  • 17 May 15:27  
Şou-biznes “Maşın”ın efir vaxtı dəyişdi

ATV kanalında yayımlanacaq "Maşın" realiti şousunun efir vaxtı d

arrow Ətraflı
Güzəştli mənzillərin seçimi yenidən təşkil olunacaq like
  • 17 May 15:26  
Digərləri Güzəştli mənzillərin seçimi yenidən təşkil olunacaq

Yasamal Yaşayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil olu

arrow Ətraflı
Mayın 20-də I və IV qrupların abituriyentləri üçün qəbul imtahanı olacaq like
  • 17 May 15:24  
Digərləri Mayın 20-də I və IV qrupların abituriyentləri üçün qəbul imtahanı olacaq

DİM mayın 20-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbu

arrow Ətraflı
Mey təsdiqlədi: Böyük Britaniya Aİ-nin gömrük birliyini tərk edir like
  • 17 May 15:23  
Digərləri Mey təsdiqlədi: Böyük Britaniya Aİ-nin gömrük birliyini tərk edir

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqının gö

arrow Ətraflı
Daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi müzakirə olundu like
  • 17 May 15:23  
Digərləri Daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi müzakirə olundu

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Avropa İttifaqı (Aİ) ilə İqtisad

arrow Ətraflı
Azərbaycanda sosial evlərin seçimi yenidən təşkil olunacaq like
  • 17 May 15:20  
İqtisadiyyat Azərbaycanda sosial evlərin seçimi yenidən təşkil olunacaq

Mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv e

arrow Ətraflı
XİN: "Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır" like
  • 17 May 15:20  
Siyasət XİN: "Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır"

"2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermə

arrow Ətraflı
Vəkillər Kollegiyası iclas keçirdi like
  • 17 May 15:18  
Digərləri Vəkillər Kollegiyası iclas keçirdi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

arrow Ətraflı
"Kristal Motors" Vergilər Nazirliyini məhkəməyə verib like
  • 17 May 15:15  
Sosial "Kristal Motors" Vergilər Nazirliyini məhkəməyə verib

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib

arrow Ətraflı
Zaur efirdə bunu da etdi like
  • 17 May 15:14  
Digərləri Zaur efirdə bunu da etdi

Dünən "5/5"-də qonaqlar arasında əkizlər Sevil-Sevinc bacıları

arrow Ətraflı
İranda etiraz aksiyası, polis atəş açdı like
  • 17 May 15:12  
Dünya İranda etiraz aksiyası, polis atəş açdı

İranda Kazerun şəhərinin ikiyə ayrılmasına etiraz edən xalq küçələr

arrow Ətraflı
Alpinist Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna gətirildi like
  • 17 May 15:09  
Digərləri Alpinist Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna gətirildi

Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəb

arrow Ətraflı