Akademik Opera və Balet Teatrında “Jizel” baletinin tamaşası keçiriləcək


Digərləri 17 May 2018 15:15:32 202 0

Akademik Opera və Balet Teatrında “Jizel” baletinin tamaşası keçiriləcək

Tamaşanı Azərbaycanın əməkdar artisti Əyyub Quliyev idarə edəcək

İyunun 16-daAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin “Jizel” baletinin tamaşası keçiriləcək.

Teatrdan "Report"a verilənməlumata görə, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər.

Qraf Albert rolunun ifaçısı D.Soares Braziliya balet məktəbinin yetirməsidir. Rusiyalı balet ustaları ilə yanaşı, tamaşada teatrın solistləri Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.

Tamaşanı Azərbaycanın əməkdar artisti Əyyub Quliyev idarə edəcək.