Vəkillər Kollegiyası iclas keçirdi


Digərləri 17 May 2018 15:18:00 319 0

Vəkillər Kollegiyası iclas keçirdi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Kollegiyadan Trend-ə verilən məlumata görə, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.

Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.


Xəbərə aid foto