Emmanuel Makron: "İranla sazişə əlavələr edilməlidir"


Dünya 17 May 2018 12:58:30 351 0

Emmanuel Makron: "İranla sazişə əlavələr edilməlidir"

Fransa prezidenti: "Aİ sammitinin iştirakçıları İranla sazişi dəstəkləməyə qərar verdilər"

"İranın nüvə proqramı ilə bağlı sazişə əlavələr edilməlidir. Bura raket problemlərinin və İranın regiondakı rolu məsələlərinin həlli daxildir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sofiyada Avropa İttifaqı (Aİ) -Qərbi Balkan sammitinə gəlişi zamanı deyib.

Onun sözlərinə görə, Aİ sammitinin iştirakçıları İran ilə nüvəsazişini dəstəkləməyə qərar veriblər.

"İranla bağlı çox sıx müzakirələr apardıq. 2015-ci ilin nüvə sazişi regionda sülh və təhlükəsizliyin mühüm elementidir və ABŞ-ın qərarından asılı olmayaraq, onu dəstəkləməyi qərarı aldıq. Şirkətlərimizə İranda qalmağa imkan verəcək siyasi tədbirlər görəcəyimizə dair söz verdik", - E.Makron bildirib.