Məhkəmə MTN işində zərərçəkmiş şəxsin şikayətini təmin etmədi


Digərləri 17 May 2018 12:30:00 376 0

Məhkəmə MTN işində zərərçəkmiş şəxsin şikayətini təmin etmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və sabiq polis əməkdaşı Təvəkkül Vəliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə qərar elan edilib.

Qərara əsasən, şikayətlər təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il sınaq müddəti olmaqla şərti cəza alıblar.

Hökmdən apellyasiya şikayəti verən təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.