Unibankdan yeni xidmət: Bütün bank kartları Unibank Mobile-da!


Digərləri 17 May 2018 12:30:09 245 0

Unibankdan yeni xidmət: Bütün bank kartları Unibank Mobile-da!

Unibank ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər üçün Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalanmaq imkanı yaradıb.

Bakı. Unibank ölkədə fəaliyyət göstərən istənilən bankın kartına sahib olan şəxslər üçün Unibank Mobile əlavəsi ilə bank xidmətlərindən faydalanmaq imkanı yaradıb. Sizin əmək haqqı kartınız Unibankda deyil, başqa bankda olsa belə, bank xidmətlərindən elə olduğunuz yerdə, öz telefonunuzda istifadə edə bilərsiniz. Bunun üçün sadəcə telefonunuza Unibank Mobile mobil əlavəsini yükləməyiniz və maaş kartınızı ora əlavə etməyiniz kifayətdir. Mobil əlavənin “digər bankın kartını əlavə etmək” bölümünə digər bank kartınızı (əmək haqqı, kredit və ya debet kartınızı) daxil edin, 24/7 bank xidmətlərindən faydalanın! Öz bank kartınızı Unibank Mobile əlavəsinə daxil etmək, sizə hansı imkanları yaradır? - Bütün kommunal, internet, mobil və digər ödənişlərinizi öz telefonunuzdan etmək və bunları şablon kimi programın yaddaşında saxlamaq; - Ödəniş şablonlarınızı Avtoödənişə qoşmaqla vaxtınıza qənaət etmək; - Hökumət ödənişlərini (VN, DSMF, DİN, İpoteka və Kredit Zəmanəti Fondu, Dövlət Miqrasiya Xidməti, İcbari Sığorta bürosu) burdan həyata keçirmək; - Karta və hesablara köçürmələr etmək; - Dostunuza pul göndərmək; - Kartınızla etdiyiniz əməliyyatlara görə bonuslar qazanmaq; - Mobil əlavədən edilən ödənişlərin tarixçəsinə baxmaq;