Ekspertlər: ABŞ 15 il ərzində terrorla mübarizəyə 2,8 trilyon dollar xərcləyib


Dünya 17 May 2018 12:24:43 285 0

Ekspertlər: ABŞ 15 il ərzində terrorla mübarizəyə 2,8 trilyon dollar xərcləyib

Bu məbləğin 60%-dən çoxu Pentaqonun payına düşür

ABŞ 2002-ci ildən 2017-ci ilə qədər terrorla mübarizəyə 2,8 trilyon dollar xərcləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu dəyərləndirmə Vaşinqtonun "beyin mərkəzlər"indən olan Henri Stimson adına Mərkəz tərəfindən aparılıb.

Araşdırmaçılar bildiriblər ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" terrorçularının təyyarəçiləri ələ keçirirək Nyu-York və Vaşinqtonda törətdiyi, 3500 nəfərin ölümü ilə nəticələnən terror aktlarından sonra ABŞ hər il terrorla mübarizəyə orta hesabla 186,6 milyard dollar xərcləyib. Bu baxımdan ən yüksək göstərici 2008-ci ildə qeydə alınıb - 260 milyard dollar. 2017-ci ildə isə bu yöndə xərclər 175 milyard dollar təşkil edib.

Ötən 15 ildə bu istiqamətdəki xərclərin 60%-dən çoxu (1,7 trilyon dollar) Pentaqonun payına düşür. Daxili Təhlükəsizlik Nazirliyinin payına xərclərin 35%-i (979 milyard dollar) düşüb. Digər ölkələrə də hərbi yardım göstərilməsində bilavasitə içtirak edən Dövlət Departamentinin payı isə 5% (138 milyard dollar) olub.