Ali məktəblərə qəbul planı artırılıb


Digərləri 17 May 2018 11:50:04 245 0

Ali məktəblərə qəbul planı artırılıb

2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə təxminən 2303 yer (5,37 %) artıb.

Bakı. İlhamə İsabalayeva – 2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə təxminən 2303 yer (5,37 %) artıb. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, yeni tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılıb. M.Abbaszadə bildirib ki, ixtisas qrupları üzrə artım müxtəlifdir. I ixtisas qrupunda plan yerlərinin sayı 4 %, II qrupda 3,5 %, III qrupda 9 %, V qrupda isə 8 % artıb.