Elton Con 21 illik "sükut"u pozacaq


Digərləri 17 May 2018 11:08:00 282 0

Elton Con 21 illik "sükut"u pozacaq

Dünyaca məşhur britaniyalı müğənni və bəstəkar Elton Con şənbə günü Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın toyunda oxuyacaq.

Son.az The Sun-a istinadən bildirir ki, 71 yaşlı Elton Conun kilsədəki nikah mərasimində və ya Vindzor qəsrində axşam saatlarında təşkil olunacaq ziyafətdə oxuyacağı dəqiq bəlli deyil.

Elton Con 1997-ci ildə Parisdə avtomobil qəzasında həlak olmuş şahzadə Diananın yaxın dostu idi. Diananın ölümündən sonra o, şahzadələr Harri ilə Uilyama dəstək olmuşdu.


Xəbərə aid fotolar