Azərbaycanda nağdsız hesablaşmalara keçid üzrə yeni proqram qəbul olunacaq (FOTO)


Digərləri 17 May 2018 10:24:00 269 0

Azərbaycanda nağdsız hesablaşmalara keçid üzrə yeni proqram qəbul olunacaq (FOTO)

Azərbaycan Mərkəzi Bankı nağdsız hesablaşmalara keçid üzrə yeni proqramı reallaşdırmağı nəzərəd tutur.

Bakı. Azərbaycan Mərkəzi Bankı nağdsız hesablaşmalara keçid üzrə yeni proqramı reallaşdırmağı nəzərdə tutur. Trend-in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.