“Tesla” öz mütəxəssisini itirdi


Digərləri 17 May 2018 08:15:00 230 0

“Tesla” öz mütəxəssisini itirdi

"Tesla" şirkətində elektromobillərin istismar xarakteristikasına cavabdeh olan məsul şəxs işdən gedib.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Tesla" rəhbərliyində təmsil olunan Mettyu Skvoll pilotsuz avtomobillər istehsalçısı "Waymo"ya keçib.

Bu keçidin "Tesla" elektromobilinin iştirakı ilə iki qəzanın baş verməsindən sonra gerçəkləşməsi diqqət çəkir. M. Skvoll bu qəzaları araşdıran ABŞ-ın nəqliyyatda təhlükəsizlik idarəsi ilə əməkdaşlıq edirdi. O, "Waymo"da avtomobillərin təhlükəsizliyi departamentində çalışacaq.