ABŞ KXDR-dən nüvə başlıqlarını ölkədən xaricə çıxartmağı tələb edir


Dünya 17 May 2018 07:58:04 260 0

ABŞ KXDR-dən nüvə başlıqlarını ölkədən xaricə çıxartmağı tələb edir

Bu, Pxenyana humanitar yardımın göstərilməsinə yol açacaq

ABŞ KXDR-lə danışıqlarda tələb edir ki, Pxenyan yarım il ərzində malik olduğu nüvə başlıqlarını, radioaktiv materialları və qitələrarası ballistik raketlərin ən azı bir hissəsini ölkə xaricinə çıxartsın.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı məlumatlı mənbəyə istinədən Yaponiyanın "Asahi" qəzeti yazıb.

Vaşinqton nüvə silahı, material və raketlərin çıxarılması müqabilində KXDR-i terroru himayə edən ölkələr siyahısından xaric etməyə hazır olduğunu ifadə edib. Bu, bildirildiyinə görə, Pxenyana, xüsusilə də Cənubi Koreya və Çin tərəfindən humanitar yardımın göstərilməsinə yol açacaq.