Samsung Galaxy S9 Lite təqdim olunacaq


Digərləri 17 May 2018 07:11:00 338 0

Samsung Galaxy S9 Lite təqdim olunacaq

İnternetdə "Samsung Galaxy S9 Lite" smartfonu barədə yeni məlumatlar dərc edilib. Bu dəfə smartfonun mayın 21-də təqdim ediləcəyini bildirən informasiya açıqlanıb.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, qırmızı rəngdə buraxılacaq qurğu Çin bazarında satış üçün nəzərdə tutulacaq. Bu, qabaqcıl "Galaxy S9 Series" modellərinin sadələşdirilmiş versiyası olacaq.

İnternetdə "Samsung" şirkətinin qabaqcıl modellərindən birinin "Lite" versiyasının tezliklə buraxılacağı barədə çoxlu şayiələr yayılıb. Bundan əvvəlki məlumatlara görə, Cənubi Koreya şirkəti "Galaxy S9 Mini" smartfonunu təqdim edəcək. Bu yaxınlarda isə ötənilki "Galaxy S8" modelinin sadələşdirilmiş "S8 Mini" versiyasının hazırlanması ilə bağlı məlumatlar dərc olunub. Hazırda isə buraxılışa hazırlanan qurğu "Galaxy S9 Lite" adlanır.