“Atletiko Madrid” üçüncü dəfə Avropa Liqasının qalibi oldu


Digərləri 17 May 2018 00:49:02 367 0

“Atletiko Madrid” üçüncü dəfə Avropa Liqasının qalibi oldu

Avropa Liqasının final oyunu keçirilib.

Bakı. Avropa Liqasının final oyunu keçirilib. Trend-in məlumatına görə, “Atletiko Madrid”lə “Olimpik Marsel” arasında Fransanın Lion şəhərində keçirilən oyunda İspaniya təmsilçiləri qalib gəliblər. Oyun 0:3 hesabı ilə yekunlaşıb. Hesabı oyunun 21-ci dəqiqəsində “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizman açıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Qrizman dubl edərək hesab fərqini daha da artırıb – 0:2.